EN

Qalibaf Trampı yalan danışmaqda ittiham etdi

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf özünün "X" hesabında ABŞ ilə aprılandan danışıqların detalları barədə yeni paylaşım edib.

Xezerxeber.az-ın məlumatına görə, Qalibaf bildirib ki, Trampın səsləndirdiyi 7 iddianın hamısı yalandır.

Qeyd edək ki, Məhəmməd Baqer Qalibaf İran-ABŞ son danışıqlar heyətinin rəhbəridir.

O bildirib:

-ABŞ prezidenti bir saat ərzində 7 iddia səsləndirib və onların hamısı yalandır.

- Bu yalanlarla müharibədə qalib gəlmədilər və danışıqlarda da uğur qazana bilməyəcəklər. 

- Mühasirə davam edərsə, hörmüz boğazı açıq qalmayacaq.

- Boğazdan keçid “müəyyən edilmiş marşrut” üzrə və “İranın icazəsi ilə” həyata keçiriləcək.

- Boğazın açıq və ya bağlı olmasını və qaydaları sosial şəbəkələr deyil, yerli vəziyyət müəyyən edir.

- Media müharibəsi və ictimai rəyin yönləndirilməsi müharibənin mühüm hissəsidir və İran xalqı bu cür təsirlərə uymayacaq.

Chosen
1
4
xezerxeber.az

5Sources