Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, bu sistemlər əsasən pilotsuz uçuş aparatlarının (PUA) aşkarlanması üçün nəzərdə tutulub. Yeni radarlar sayəsində ordunun hava məkanına nəzarət imkanlarının daha da genişlənəcəyi vurğulanır.
Məlumata görə, ACAR 300-G aşağı hündürlükdə uçan hədəfləri, o cümlədən kiçik ölçülü dronları yüksək dəqiqliklə müəyyən edə bilir və bu da müasir döyüş şəraitində mühüm üstünlük sayılır.
Musavat.com