Bakı. Trend:
ABŞ ordusu İran limanlarının blokadasının tətbiq olunmasındansonra 21 gəmini saxlayaraq onları İrana geri yönləndirib.
Trend xəbər verirki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının(CENTCOM) rəsmi "X" hesabında bildirilib.
“İdarə olunan raketlərlə silahlanmış “USS Michael Murphy” (DDG112) esminesi aprelin 17-də ABŞ qüvvələrinin İran limanlarına daxilolmağa və ya oradan çıxmağa cəhd edən gəmilərə qarşı tətbiq etdiyidəniz blokadasını təmin etdiyi bir vaxtda Ərəb dənizində patrulxidməti həyata keçirir. Blokada başlanandan bəri 21 gəmi ABŞqüvvələrinin göstərişinə əməl edərək geri dönüb və İrana qayıdıb”,-deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.
Aprelin 17-də İran XİN Livanda atəşkəs şərtinin yerinəyetirildiyini əsas gətirərək Hörmüz boğazını ticarət gəmiləri üçüntam açdığını bəyan edib.