EN

Flik niyə tələsmir?

Bilindiyi kimi, Hans-Diter Flikin “Barselona”nı daha uzun müddət çalışdırmaq şansı var.

"Football-plus.az" xəbər verir ki, İspaniya klubu alman mütəxəssislə müqavilənin müddətini bir il uzatmaq və əlavə olaraq müəyyən hədəflər yerinə yetiriləcəyi halda sözləşməni daha bir mövsümlük yeniləmək qərarına gəlib. Artıq tərəflər arasında şifahi razılıq əldə olunub. Lakin Flik hazırda müqavilənin rəsmi şəkildə imzalanmasını uyğun hesab etmir. O, yeni müqaviləni nəticələri ilə qazanmaq istədiyini bildirib.

61 yaşlı mütəxəssisin 2024-cü ilin mayından çalışdırdğı “Barcelona” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilə qədərdi. Komanda hazırda İspaniya La Liqasında liderdi.

Chosen
20
21
football-plus.az

10Sources