BAKI, 18 aprel. TELEQRAF
Ermənistan və Rusiya nümayəndələri Moskvada keçirilən görüş zamanı hərbi-texniki sahədə əvvəlki müqavilələrin icrası barədə razılığa gəliblər.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O qeyd edib ki, tərəflər görüş çərçivəsində mövcud razılaşmaların həyata keçirilməsi məsələsini müzakirə ediblər və bu istiqamətdə razılıq əldə olunub.