EN

Əfqanıstanda güclü zəlzələ olub

Bakı.Trend:

Əfqanıstanın Bədəhşan vilayətində güclü zəlzələ baş verib.

Trend xəbər verirki, bu barədə ABŞ-nin Geoloji Tədqiqatlar Mərkəzi (USGS) məlumatyayıb.

Məlumata görə 5,3 maqnitudalı zəlzələnin episentri Bədəhşanvilayətinin Curm rayonundan 27 kilometr cənubda olub. Yeraltı ocağıisə 198,8 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ qonşu Pakistanın Gilgit-Baltistan əyalətində, eləcə dəpaytaxt İslamabadda da hiss edilib.

Məqalədə:
Chosen
29
az.trend.az

1Sources