EN

FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev, Mülki müdafiə qoşunlarının komandanı general-leytenant İlham Abdullayev, Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev çıxışında bu cür tədbirlərin kursantların hərtərəfli hazırlığında mühüm rol oynadığını qeyd edib. O, bildirib ki, müasir dövrdə fövqəladə hallara qarşı mübarizədə peşəkar, yüksək bilik və bacarıqlara malik kadrların hazırlanması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılması təhsil prosesinin əsas prioritet istiqamətlərindən biridir.

Akademiya rəisi vurğulayıb ki, keçirilən bu cür maarifləndirici və praktiki tədbirlər kursantların real xidmət şəraitinə daha yaxşı hazırlanmasına, onların operativ qərarvermə, çevik reaksiya və məsuliyyət hissinin formalaşmasına xidmət edir. O, həmçinin qeyd edib ki, Mülki müdafiə qoşunlarının fəaliyyəti ilə yaxından tanışlıq kursantların gələcək xidmət istiqamətlərini daha düzgün müəyyənləşdirmələrinə imkan yaradır.

Chosen
18
5
publika.az

6Sources