EN

ABŞ-da 907-ci düzəlişin ləğvi: daha iki konqresmen təşəbbüsə qoşuldu

Bakı. Trend:

ABŞ Konqresində Azərbaycana yardımla bağlı məhdudiyyətin ləğvininəzərdə tutan qanun layihəsinə yeni həmmüəlliflər əlavə olunub.

Trend xəbər verirki, respublikaçı konqresmenlər Derrik Van Orden (Derrick Van Orden)və Rendi Fayn (Randy Fine) konqresvumen Anna Paulina Lunatərəfindən irəli sürülən təşəbbüsə qoşulublar.

Məlumata görə, Rendi Fayn ABŞ Nümayəndələr Palatasının XariciƏlaqələr Komitəsinin üzvüdür.

Qeyd edək ki, “Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvihaqqında” qanun layihəsi ABŞ-ın Azərbaycana yardımınıməhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğvininəzərdə tutur.

Məqalədə:
Chosen
9
4
az.trend.az

5Sources