525.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 20,4 milyard manat olub.
525.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Hesabat dövründə ümumi dəyərin 78,1 %-ni pərakəndə ticarət dövriyyəsi, 18,8 %-ni əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ni isə ictimai iaşə dövriyyəsi təşkil edib.
Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin satdığı malların və göstərdiyi xidmətlərin dəyəri ötən ilin birinci rübünə nisbətən 4,3 % artaraq 19,5 milyard manat olub, onun 43,8 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Yanvar-mart aylarında bir istehlakçı orta hesabla ayda 662,1 manat və yaxud illik müqayisədə nominal ifadədə 59,8 manat çox vəsait xərcləyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.