EN

Nərimanovda ağacların kəsilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı şəhərinin Nərimanov rayonu, Faiq Yusifov küçəsində ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı iddialar yayılıb.

Bu barədə Oxu.Az-a müraciət daxil olub.

“Cebheinfo.az” xəbər verir ki, şikayətdə qeyd olunur ki, sözügedən ərazidə səkidə yerləşən ağaclar kəsilib, budaqlar və yonqar qalıqları isə əraziyə səpələnib.

Sakinlərin sözlərinə görə, ağacların hansı səbəbdən və kim tərəfindən kəsildiyi məlum olmayıb.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən "Cebheinfo.az”-a bildirilib ki, sözügedən ünvanda 12 ədəd köküstə qurumuş ağac Dövlət Ekoloji Ekspertiza Agentliyinin 18.03.2026-cı il tarixli 22/499 nömrəli rəyi və Nərimanov Bələdiyyəsinin 19.03.2026-cı il tarixli 014 nömrəli qərarına əsasən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən götürülüb.

Qeyd olunub ki, götürülən ağacların yerində yeni ağacların əkilməsi təmin edilib.

Chosen
37
cebheinfo.az

1Sources