EN

Rusiya XİN: Ukrayna üzrə danışıqlar prioritet deyil, amma bərpa oluna bilər

BAKI, 18 aprel. TELEQRAF

Rusiya Ukrayna münaqişəsinin həlli ilə bağlı İstanbulda danışıqların bərpası ehtimalına müsbət yanaşır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel sessiyada çıxışı zamanı bildirib.

Sergey Lavrov qeyd edib ki, Rusiya danışıqlardan yayınmır və bu istiqamətdə təkliflərə açıqdır.

Onun sözlərinə görə, İstanbulda danışıqların bərpası ehtimalına müsbət yanaşırıq.

Nazir əlavə edib ki, danışıqların bərpası hazırda Moskva üçün əsas prioritet deyil və Rusiya heç kimi bu prosesə məcbur etmir.

Chosen
34
teleqraf.com

1Sources