EN

Şəhid anası vəfat etdi -

Vətən müharibəsi şəhidi Fikrət Zeynallının anası Qızxanım Sultanova vəfat edib.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, şəhid anası Tovuz rayonunun Aşağı Öysüzlü kəndində oğlunun məzarı yanında dəfn olunub.

Qeyd edək ki, Fikrət Zeynallı 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Chosen
7
6
metbuat.az

10Sources