EN

ABŞ hökumətinə məxsus təyyarə uzun illər sonra Kubaya endi

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

ABŞ Dövlət Departamentinin rəsmiləri Havana şəhərində Kuba rəsmiləri ilə, o cümlədən Raul Gilyermo Rodriges Kastro ilə görüş keçiriblər.

Avtosfer.az xəbər verir ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, görüşdə əsas məqsəd Kubada demokratik və iqtisadi azadlıqların təşviqi, eləcə də, bu istiqamətdə addımların atılmayacaı təqdirdə yarana biləcək risklərin diqqətə çatdırılması olub.

ABŞ nümayəndə heyəti ölkədə internet xidmətlərinin yaxşılaşdırılması üçün “Starlink” sisteminin tətbiqini təklif edib.

Bu təmaslar son illər üçün mühüm diplomatik hadisə kimi qiymətləndirilir. Qeyd olunur ki, ABŞ hökumətinə məxsus təyyarə Barak Obama dövründə baş tutan yaxınlaşma səylərindən sonra ilk dəfə Kubaya eniş edib.

Hazırkı mərhələdə Kuba ciddi iqtisadi çətinliklərlə üz-üzədir. ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio isə əvvəlki administrasiyalara nisbətən daha sərt mövqe nümayiş etdirirlər.

Mənbənin sözlərinə görə, ABŞ tərəfi Kuba rəhbərliyinə ölkə iqtisadiyyatının sürətlə zəiflədiyini və vəziyyətin daha da pisləşmədən islahatlar üçün məhdud zaman pəncərəsinin qaldığını bildirib.

Görüşlərdə uzunmüddətli ABŞ tələbləri də gündəmə gətirilib. Bunlara 1959-cu il Kuba inqilabından sonra müsadirə edilmiş əmlaklara görə kompensasiyanın ödənilməsi, siyasi məhbusların azad edilməsi və daha geniş siyasi azadlıqların təmin olunması daxildir.

Eyni zamanda, ABŞ rəsmiləri Kubada xarici kəşfiyyat və hərbi strukturların fəaliyyətindən narahat olduqlarını da ifadə ediblər.

ABŞ tərəfi açıq təhdidlər səsləndirməsə də, Vaşinqtonun adanın milli təhlükəsizlik baxımından riskə çevrilməsinə imkan verməyəcəyi vurğulanıb. ABŞ rəsmisi bildirib ki, Prezident Tramp mümkün olduqda diplomatik həll yollarına üstünlük versə də, zərurət yaranarsa, daha sərt addımlar istisna edilmir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
avtosfer.az

2Sources