EN

Levandovski ərəblərin təklifini rədd etdi - SƏBƏB

"Barselona"nın hücumçusu Robert Levandovski Səudiyyə Ərəbistanından aldığı təklifi rədd edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "Diario AS" yayıb.

Mənbənin məlumatına görə, 37 yaşlı polşalı bu qərarı Yaxın Şərqdəki münaqişə səbəbindən verib.

Hücumçunun "Barselona" ilə müqaviləsi mövsümün sonunda bitir və onun klubdakı gələcəyi qeyri-müəyyən olaraq qalır. Kataloniyalılar oyunçuya maliyyə şərtləri azaldılmış yeni qısamüddətli müqavilə təklif ediblər, lakin oyunçunun özü maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razı deyil.

Onunla MLS klubu "Çikaqo Fayr", o cümlədən İtaliya nəhəngləri "Milan" və "Yuventus" da maraqlanır.

Chosen
3
1
fanat.az

2Sources