EN

Türkmənistan şirkəti Azərbaycana enerji sektoru üçün elektron avadanlıqların tədarükünü təklif edir (ÖZƏL MÜSAHİBƏ)

Aşqabad. Trend:

“Aýdyň gijeler” şirkəti energetika sektorunda istifadə üçün özistehsalı olan yeni planşet və kompüterləri Azərbaycana təklifedir.

Bu barədə şirkətin təchizat və komplektasiya şöbəsinin rəhbəriRuslan Taşov Trend-əverdiyi özəl müsahibədə bildirib.

Azərbaycan şirkətləri ilə rəqəmsallaşma və elektronika sahəsindəəməkdaşlıq perspektivləri ilə bağlı sualı cavablandıran Taşov qeydedib:

“Bəli, biz belə imkanları görürük və buna çox ümid edirik. Dahaəvvəl də rəqəmsallaşma layihələri üzərində işlədiyimiztərəfdaşlarımız olub, o cümlədən elektron avadanlıqlarsahəsində”.

Onun sözlərinə görə, hazırda şirkətin neft-qaz sektorundaAzərbaycandan aktiv tərəfdaşları yoxdur, lakin “Aýdyň gijeler” buistiqamətdə də əməkdaşlıq qurmağa ümid edir.

“İlkin mərhələdə biz Azərbaycana LED işıqlandırma lampalarımızıixrac edirdik, indi isə energetika sahəsində istifadə oluna bilənyeni planşet və kompüterlər təklif edirik”, – deyə o əlavəedib.

Qeyd edək ki, “Aýdyň gijeler” şirkəti 2016-cı ildəTürkmənistanda elektronika sahəsində yerli istehsalın inkişafı üzrədövlət siyasəti çərçivəsində yaradılıb. Müəssisə dövlət-özəltərəfdaşlığı formatında fəaliyyət göstərir: təxminən 49 faizidövlətə (Sənaye və inşaat istehsalı nazirliyinə), 51 faizi isə özəlbiznesə məxsusdur. İstehsal kompleksi 5 hektardan artıq əraziniəhatə edir və 10-dan çox sexdən ibarətdir. Burada LEDişıqlandırmadan və kabel məhsullarından tutmuş kompüter texnikasıvə telekommunikasiya avadanlıqlarınadək 30-dan çox növdə məhsulistehsal olunur.

Məqalədə:
Chosen
26
1
az.trend.az

2Sources