EN

Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazandı

BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Avropa çempionatında bürünc medal qazanıb.

Teleqraf xəbər verir ki, idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilənturnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib.

Bununla da olimpiya çempionu yarışı üçüncülüklə başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarış aprelin 19-da başa çatacaq.

Chosen
32
5
teleqraf.com

8Sources