Hindistanın iki gəmisi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin təzyiqi altında Hörmüz boğazından qərbə geri çəkilməyə məcbur olub.
Ölkə.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Hindistan tankeri Silahlı Qüvvələrin xəbərdarlığına məhəl qoymadığına görə Hörmüz boğazında hədəfə alınıb. Hadisə zamanı atəş açılıb. Gəmilərdən biri 2 milyon barel İraq nefti daşıyan Hindistan super tankeridir (VLCC)", - agentlik qeyd edir.(Report)