EN

Xırdalanda qətl hadisəsi baş verib

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.

İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.

Chosen
10
8
publika.az

10Sources