"Azad Azərbaycan" Teleradio şirkətinin 106 FM və 106.3 FM radiolarına rəhbərlik edən Arzu xanım Cəfərova bu günlərdə əlamətdar yubileyini yaxın dostlarının və iş yoldaşlarının əhatəsində qeyd edir. Yüksək peşəkarlığı, tələbkarlığı, həssas musiqi duyumu ilə seçilən Arzu xanım iş yerində sağlam mənəvi və yardıcı mühit yaratmağı bacaran insandır. O, efirdə səslənən musiqiyə, studiyaya dəvət olunan qonaqların seçiminə böyük məsuliyyətlə yanaşır. Təsadüfi deyil ki, bu dalğalarda, obralı desək, Xəzər dənizinin ərköyün küləkləri əsmir. Dinləyiciyə təqdim olunan ifalar qulağı dəlmir, könül oxşayır. Musiqi ilə yanaşı, maraqlı verilişlər təqdim olunur. Bu sırada " Poliqon", " Radio arena", "Şəhər uşaqları", " Master klass", "Axşama doğru" kimi , daimi dinləyici auditoriyası olan verilişlərin adlarını qeyd etmək istərdim. Arzu xanım radionun səs fondunun bədii dəyəri solmayan əsərlərlə zənginləşməsinə çalışır. lent yazılarının müasir texniki paramertlərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Ən başlıcası da, bu studiyada çalışan aparıçıların səlist nitq qabiliyyətiı, səs tembri və efir mədəniyyəti ilə hər zaman seçilməsidir.Arzu xanımı yubiley münasibəti ilə təbrik edirik. Ona möhkəm can sağlığı, könül xoşluğu, yeni yaradıcılıq uğurları və bütün arzularının çin olmasını arzulayırıq.
----------------------------
.jpg)
.jpg)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31