Abşeron rayonu, Xırdalan şəhərində 1989-cu il təvəllüdlü Ruhin Əliyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Manset.az Report-a istinadən xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
***
16:08
Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Əraziyə baxış keçirilir, faktla bağlı araşdırmalara başlanılıb.
Qətlin hansı şəraitdə törədildiyi və hadisənin digər təfərrüatları araşdırma yekunlaşdıqdan sonra məlum olacaq.