EN

İsveçrəli yazıçı Xəzər Universitetinin qonağı olub

Aprelin 17-də alman əsilli isveçrəli yazıçı Regina Düriq Xəzər Universitetində bir qrup müəllim və ingilis dili ixtisası üzrə təhsil alan tələbələrlə  görüşüb. Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova qonağı iştirakçılara təqdim edib. Sonra İsveçrə səfirliyinin nümayəndəsi Zahir Əhmədov R.Düriqin Azərbaycan oxucusuna yenicə təqdim olunan “Qadınlar və daşlar” kitabı barədə söz açıb.

Regina Bakıda nəşr edilən romanının ilk tərcüməolduğunu deyib, əsərin hansı zərurətdən yaranmasından danışıb. Qısa müddətdə çox səmimi ortam yaradan qonaq tələbələrdən romandan parçalar oxunmasını xahiş edib, əsərin dilimizdə necə səsləndiyini dinləmək istəyib, onları maraqlandıran suallara cavab verib. Onun təklifi ilə görüş iştirakçılarıtərəfindən daş, yaddaş, “kitab olsam hansı məzmunda olmaq istəyərdim?” mövzularında mətnlər yazılıb, oxunulub.

Dillər və ədəbiyyatlar departamentinin müəllimi Qardaşxan Əzizxanlı, həm sıçrayışlı hərəkət demək olan, həm zaman parçalarını əhatə edən fraqmentlərdənibarət “Qadınlar və daşlar” romanının bəzən “daş kimi ağır” üslubunun, eyni zamanda qadınların “ağrı dili” olduğunu vuğulayıb.

Tədbirin sonunda universitetin rektoru Dr. Raziyə İsayeva Regina Düriqi qəbul edib və qonağa “Xəzər”in xatirə hədiyyələri təqdim olunub.

Chosen
23
1
adalet.az

2Sources