EN

İran-ABŞ danışıqları bu tarixdə İslamabadda baş tutaBİLƏR

İran və ABŞ nümayəndə heyətləri arasında yeni danışıqlar raundu aprelin 26-da İslamabadda keçirilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Mənbələrə görə, Pakistan tərəfi bu tarix üçün məsləhətləşmələr planlaşdırır. Nə Tehran, nə də Vaşinqton hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Vurğulanıb ki, Pakistanın yüksək rütbəli hərbi komandanının Tehrana səfəri zamanı İranın raket proqramından imtina etməyəcəyi barədə məlumat verilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqtonda bildirildiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər.

Chosen
3
6
redaktor.az

9Sources