EN

“Karvan” Yevlaxda “şirlər”in önünü kəsdi - VİDEO

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Karvan-Yevlax” və “Şamaxı” üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Baş hakim Emin Əliyevin idarə etdiyi görüşdə yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.

Bu nəticədən sonra xallarını 14-ə çatdıran Yevlax təmsilçisi turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb, “şirlər” isə 32 xalla 8-ci sırada yer alıb.

Chosen
21
7
sportinfo.az

8Sources