EN

“Neftçi”nin baş məşqçisi ŞOK ETİRAF etdi - Əsəb sarsıntısı keçirirəm

Yuri Vernidub karyerasının şokunu dünən Azərbaycanda yaşayıb.

Bilindiyi kimi, Misli Premyer Liqasının 28-ci turunun “Zirə” - “Neftçi” oyununda (1:1) qalmaqal yaşanıb. Hadisə matçın 90+4-cü dəqiqəsində ev sahiblərinin fransalı yarımmüdafiəçisi Brahim Konatenin bərabərlik qolundan sonra baş verib.

“Neftçi” tərəfi qolun qaydalardan kənar vurulduğunu iddia edib. Bundan sonra meydanda ara qarışıb.

Baş hakim İnqilab Məmmədov əvvəlcə “Zirə”nin məşqçisi Ağabala Ramazanova, sonra “Neftçi”nin baş məşqçisi Yuri Verniduba qırmızı vərəqə göstərib.

Sonuncu referinin qərarına emosional reaksiya verib və başındakı “kepka“nı çıxararaq yerə çırpıb.

Ukraynalı mütəxəssis matçdan sonra klub funksioneri ilə bu barədə danışıb. O, maraqlı iddia irəli sürüb.

Bildirib ki, uzun illərə söykənən məşqçilik həyatında hələ belə biabırçı hakim görməyib.

“Şerif“in sabiq çalışdırıcısı qolla əlaqədar VAR-a baxmayan referini bu sahənin “üz qarası“ adlandırıb:

“Mən Azərbaycana gələndən sonra çox şey gördüm. Hələ bir müddət əvvəl əmin oldum ki, əksər hakimlər “Neftçi“yə qarşıdır.

İndiyə qədər çalışdım ki, heç nəyə reaksiya verməyim, sakit olum. Bəlkə düzələr deyə…

Amma düzəlmir. Bu şəraitdə nəticə əldə etmək qeyri-mümkündür.

Mən artıq futbolçulara nə deyəcəyimi, onları necə motivasiya edəcəyimi bilmirəm. Karyeram ərzində bir neçə komandanın baş məşqçisi olmuşam, amma hələ belə çətin vəziyyətlə üzləşməmişəm.

Şokdayam, əsəb sarsıntısı keçirirəm. Bu hakimi haradan tapıblar…

Bir komandanı göz görə-görə belə sıxan hakim gərək ömürlük cəzalansın“.

SPORTİNFO.AZ

Chosen
28
sportinfo.az

1Sources