EN

"Azərbaycan kibertəhdidlərə qarşı effektiv mübarizə aparır"

Məlumat verildiyi kimi Azərbaycan Parlamentinin nümayəndə heyəti Türkiyənin İstambul şəhərində keçirilən Parlamentlərarası ittifaqın 152-ci Assambleyasında iştirak edir.

“İki sahil” xəbər verir ki, bu gün Assambleya çərçivəsində “BMT-nin kibercinayətkarlığa qarşı konvensiyası: ratifikasiya və icraya dair parlament perspektivləri” mövzusunda keçirilən seminarda Milli Məclisin deputatı Əminə Ağazadə çıxış edib.

Əminə Ağazadə çıxışında qeyd edib ki, “Kibercinayətkarlıq bu gün milli təhlükəsizlik, iqtisadi sabitlik və əsas hüquqların qorunması üçün ciddi çağırış yaradır. Bu kontekstdə BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ümumi hüquqi çərçivənin formalaşdırılması istiqamətində mühüm addımdır”

Deputat Əminə Ağazadə Azərbaycan dövlətinin bu prioritet istiqamətə fokuslandığını diqqətə çatdırmışdır. “Bu seminar çərçivəsində qeyd etmək istərdim ki, Azərbaycan bu prosesə böyük əhəmiyyət verir. Ölkəmiz BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edən ilk dövlət olmuşdur. Bu da qlobal səviyyədə əlaqələndirilmiş mübarizəyə güclü sadiqliyimizi nümayiş etdirir. Belə ki,10 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatının “Kibercinayətkarlığa qarşı” Konvensiyasının təsdiq edilməsi haqqında Qanun layihəsini qəbul etmişdir.

Çıxışında Əminə Ağazadə vurğulayıb ki, “Milli səviyyədə Azərbaycan kibertəhdidlərə qarşı effektiv mübarizə aparmaq üçün hüquqi və institusional çərçivəsini gücləndirməyə davam edir və eyni zamanda görülən tədbirlərin proporsional olmasına və əsas hüquqlara hörmət edilməsinə xüsusi diqqət yetirir”

Deputat parlamentin rolununun xüsusilə vacib olduğunu qeyd edib. “Parlament baxımından nəzarət funksiyasının rolu xüsusilə vacibdir. Yeni alət və səlahiyyətlərin şəffaf, məsuliyyətli şəkildə və hüququn aliliyinə tam uyğun olaraq tətbiq olunmasının təmin edilməsi mühüm əhəmiyyət kəsb edir”

Chosen
1
7
ikisahil.az

8Sources