“Araz-Naxçıvan”da yeni prezident təyinatı gələn həftə rəsmiləşəcək. Klub hüquqi prosedurla bağlı müvafiq dövlət qurumlarına müraciət edib. Yaxın 2-3 gün ərzində məsələ tamamlanacaq.
Ceyhun Sultanov bu postda Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundovun qardaşı Ramin Axundovu əvəzləyəcək.
O, ötən ilin mayından bəri “Araz-Naxçıvan”da çalışır. Z.Axundov əsas komandanın seleksiya işlərini ona tapşırıb.
Aldığımız yeni məlumata görə, NFF-nın prezidentinin “ağ-qırmızılar“la bağlı mühüm planları var. Hələ bir neçə il kluba nəzarəti öz əlində saxlamaq fikrindədir.
Vaxtilə “Bakı“, “Sumqayıt“, “Neftçi“ və “Keşlə“də (indiki “Şamaxı“da çalışmış yaxın dostunu vəzifəyə gətirməkdə məqsədi də budur.
Klubu ona tapşırandan sonra sponsor məsələsini yoluna qoymağı düşünür. Axundov “Araz“ın funksionerləri ilə söhbətində bu mövzuya “körpü“ salıb.
Bildirib ki, növbəti mövsümdən etibarən Muxtar Respublika təmsilçisinə yeni dəstəkçilərin qoşulmasına çalışır.
O, bu məqsədlə bir neçə naxçıvanlı iş adamıyla danışıqlar apardığını söyləyib.
SPORTİNFO.AZ