Bakı. Trend:
Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzindəkişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunukeçirilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, final mərhələsində "Xilasedici"və "Ordu" komandaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici"komandası olub. 3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalibgələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinciyerin sahibi olub.
Çempion komandaya kubok və medalları, habelə 2-ci və 3-cü yeritutmuş komandalara medalları fövqəladə hallar nazirigeneral-polkovnik Kəmaləddin Heydərov, müdafiə nazirigeneral-polkovnik Zakir Həsənov, Dövlət Gömrük Komitəsinin sədri -Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov,həmçinin digər rəsmilər təqdim ediblər.