EN

Göyçayda bıçaqlanan şəxsin durumu ağırdır – TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi Göyçayda 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsici alətlə xəsarət yetirib.

Göyçayda baş verən bıçaqlanma hadisəsi ilə bağlı TƏBİB-dən Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki,18.04.2026-cı il tarixində saat 01:20 radələrində 1 nəfər (kişi) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

1990-cı il təvəllüdlü pasiyentə sağ bazunun, döş qəfəsinin, qarının ön divarının kəsilmiş, deşilmiş yaraları, sol göz və göz yuvası ətrafının əzilmiş yarası və hematoması, sol çiyin nahiyəsinin səthi sıyrığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.


Pasiyent əməliyyata qəbul olunub.

Müalicəsi Reanimasiya, Anesteziologiya və İntensiv terapiya şöbəsində davam etdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Bizim.Media,Aran bürosu

Chosen
32
2
bizim.media

10Sources