EN

Atəşkəs pozuldu, İsrail zərbə endirdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

İsrail Livanın cənubunda atəşkəsi pozaraq İsrail ordusuna yaxınlaşan dəstəni zərərsizləşdirib.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Qurumdan bildirilib ki, yaxınlaşan dəstə İsrail ordusu üçün təhlükə yaradırdı. Təhdidi aradan qaldırmaq üçün İsrail Hərbi Hava Qüvvələri dəstəyə zərbə endirib.

Bundan əlavə, qurum İsrail ordusunun müdafiə xətti yaxınlığında yeraltı əraziyə daxil olan iki Hizbullah üzvünü də öldürdüyünü açıqlayıb.

Qeyd edək ki, daha öncə də İsrail Livanın cənubunda yerləşən Beyt-Yahun və Kounin yaşayış məntəqələrini də hədəfə almışdı.

Xatırladaq ki, cümə günü Bakı vaxtı ilə saat 01:00-da Livan və İsrail arasında 10 günlük atəşkəs rejimi qüvvəyə minib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
axar.az

1Sources