EN

“Verder”dən inamlı qələbə

Almaniya çempionatının 30-cu turunda “Verder” Bremen şəhərində “Hamburq”u qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

37-ci dəqiqədə “Verder” hesabı açıb. Yens Ştage fərqlənib, məhsuldar ötürmə Yukinari Suqavaradan gəlib.

41-ci dəqiqədə qonaqlar Robert Qlatselin qolu ilə bərabərliyi təmin ediblər.

57-ci dəqiqədə isə “Verder” yenidən önə keçib. Bu dəfə də Ştage fərqlənib, ötürməni Kemeron Puertas edib.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Puertas özü də qol vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, qonaqlar 79-cu dəqiqədən etibarən azlıqda qalıblar. Filip Otele qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu nəticədən sonra “Verder” 31 xalla turnir cədvəlində 14-cü, “Hamburq” isə eyni xalla 13-cü pillədə qərarlaşıb.

Chosen
17
90deqiqe.az

1Sources