EN

“Sabah” 10 nəfərlə “Qarabağ”ı uddu

BAKI, 18 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə yeganə qolu 45-ci dəqiqədə Abdulla Xaybullayev vurub. Lqkin o, ikinci hissənin əvvəlində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi “bayquşlar” xallarını 69-a çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. Qurban Qurbanovun komandası isə 56 xalla ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Karvan-Yevlax” “Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. Tura aprelin 19-da yekun vurulacaq.

Chosen
18
1
teleqraf.com

2Sources