İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında silahlıların bazasına pilotsuz təyyarə ilə hücum edib.
Bakıvaxtı.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, hücum muxtar bölgənin Ərbil əyalətində yerləşən ərazilərdə "terrorçu Kürdüstan Demokrat Partiyasının sığınacağı"na edilib. Hücum nəticəsində üç nəfərin öldüyü, beş nəfərin isə yaralandığını iddia edilir.