EN

Meloni Bakıya gəlir

İtaliyanın Baş naziri Corciya Meloni yaxın həftələrdə Azərbaycana səfər etməyə hazırlaşır.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, səfər Bakı ilə Roma arasında strateji əməkdaşlığın davamı kimi qiymətləndirilir. Bildirilir ki, səfərin əsas gündəliyində enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə də Azərbaycan qazının Trans-Adriatik boru kəməri vasitəsilə İtaliyaya nəqlinin artırılması məsələsi yer alacaq.

Məlumata əsasən, Azərbaycan və İtaliya arasında enerji tərəfdaşlığı son illərdə sürətlə inkişaf edib və Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi bu əməkdaşlığın əsas sütunlarından biri sayılır.


Telegram kanalımız
Chosen
17
9
yenisabah.az

10Sources