EN

"Sabah"ın baş məşqçisi: "Qarabağ"a qarşı səfərdə qalib gəlmək bizim üçün önəmlidir

Bakı, 18 aprel, AZƏRTAC

Komandamı təbrik edirəm. Güclü komandaya qarşı səfərdə qalib gəlmək bizim üçün önəmlidir. Uşaqlar ürəklə çıxış etdilər. Onlarla qürur duyuram.

AZƏRTAC xəbər verir, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXVIII turunda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

“Birinci hissədə qol epizodlarımız daha çox oldu. İkinci yarıda da ruhdan düşmədik. Bu cür rəqibə qarşı sonadək yaxşı mübarizə aparmaq məni sevindirir. Sabahdan növbəti oyuna hazırlaşacağıq", - deyə mütəxəssis qeyd edib.

Baş məşqçi hazırda bütün fikrini mövsümün sonuna köklədiyini söyləyib: "Qarabağ"la kubokun cavab görüşünü gözləyirəm".

O, Coy Lens Mikelsin zədəsinin ilk baxışdan ciddi göründüyünü bildirib: "Bu barədə daha ətraflı həkimlərdən məlumat alacağam. İndi onu xəstəxanaya apardılar".

Baş məşqçi ilk hissədə qol vurub, ikinci yarıda qırmızı vərəqə alan Abdullah Xaybullayevin komanda üçün önəmli futbolçu olduğunu vurğulayıb.

Müxbir - Cavid Əliyev
Foto - Azər İbrahimov
Chosen
38
azertag.az

1Sources