EN

Türkiyə Rusiya və Ukrayna arasında danışıqları təşkil etməyə hazırdır

ain.az, Ayna portalına istinadən məlumat yayır.

“Danışıqlar bərpa edildikdən sonra Türkiyədə Ukrayna ilə bağlı sammitin keçirilməsi mümkündür”

Ukraynadakı münaqişənin həlli üçün Türkiyədə yüksək səviyyəli sammit yalnız nümayəndə heyətləri səviyyəsində danışıqlar bərpa edildikdən sonra mümkündür. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə “RİA Novosti” agentliyinə bildirib.

Mənbə qeyd edib ki, "Liderlər səviyyəsində görüş yalnız tərəflərin nümayəndə heyətləri danışıqlar prosesinə qayıtdıqdan və müəyyən irəliləyiş əldə etdikdən sonra mümkündür". Qeyd edib ki, “İlkin razılaşmalar və danışıqlar qrupları əsas məsələlər üzərində işləmədən məhsuldar görüş baş tutmayacaq”.

Mənbə əlavə edib ki, lazımi şərait yaradılarsa, Türkiyə həm nümayəndə heyətlərinin danışıqlarını, həm də yüksək səviyyəli görüşü keçirməyə hazırdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
ayna.az

1Sources