EN

“Barselona” Kanselunu saxlamaq istəyir

“Barselona” hüquqları “Əl-Hilal” klubuna məxsus olan müdafiəçi Joao Kanselunu heyətində saxlamaq niyyətindədir. 

90deqiqe.Az-ın məlumatına görə, 15 milyon avroluq satınalma opsiyası mövcud olsa da, katalon klubu ya pulsuz transferi, ya da yeni icarə variantını üstün tutur.

“Əl-Hilal” isə transferdən gəlir əldə etmək istəyir və mümkün razılaşmada Mark Kasadonun da daxil edilməsinə açıqdır.

Kanselu 2024-cü ildə “Mançester Siti”dən “Əl-Hilal”a transfer olunub. Onun müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Cari mövsümdə futbolçu “Barselona”nın heyətində 16 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Chosen
16
90deqiqe.az

1Sources