EN

Xırdalanda qətl hadisəsi baş verib

Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi qeydə alınıb.
ONN media xəbər verir ki, hadisə "Kristal Abşeron 1" yaşayış kompleksində baş verib.
İlkin məlumata görə, binada yaşayan Ruhin Əliyev qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü N.Nəbiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalara başlanılıb
Chosen
18
3
onn.az

10Sources