EN

Bu adamlar ABŞ-da Nəriman Axundzadədən əl çəkmirlər - Sancınız nədir?

“Kolambus Kryu” ABŞ Açıq Kubokunda aşağı liqa təmsilçisi “Riçmond Kikers” klubu ilə üz-üzə gəlib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Nəriman ilk dəfə oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

O, bir qolun vurulmasında iştirak edib. Həmin qolla bağlı MLS klubu instaqram hesabında paylaşım edib.

Sosial şəbəkələrin Azərbaycan seqmentində də bu xəbər geniş yayılıb.

Gələn reaksiyalar adamı üzməyə bilməz.

Gülüş emojisi atan kim, neqativ rəylər yazan kimi.

Niyə?

Bir azərbaycanlı balasına qarşı bu nifrətin səbəbi nədir?

20 yaşlı bir uşağa qarşı bu qədər kin, nifrət harda formalaşıb?

Edilən lağlağının, rişxəndin arxasında nə durur?

Suallar çox, cavablar yox.

Bir şey dəqiqdir ki, bu mənzərə kənardan çox iyrənc görünür.

Həyatda ciddi bir uğuru olmayanlar okeanın o tayında ölkəmizi təmsil edən gənci linç etməklə məşğuldur.

Sanki Axundzadənin kiçik uğursuzluğu onlara böyük həzz verir.

Olmaz belə, böyüyün bir az.

"Qarabağ"da tənqdi ediləndə yenə başa düşmək olardı ki, klubun azarkeşləri narazıdır.

Adam gedib ABŞ klubundadır.

Orada lap uğursuz olsa belə, bundan sizə nə?

Sancınızı Allah kəssin...

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
14
sportinfo.az

1Sources