EN

Sol cinah hücumçusu axtarışındadır - Çarəni ingilisin görürlər

“Nyukasl”ın vingeri Entoni Qordon yay transfer dövründə komandasını dəyişə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

Bildirilir ki, “Arsenal” sol cinah hücumçusu axtarışındadır. Buna səbəb isə Leandro Trossard və Qabriel Martinellinin mövsüm ərzində qeyri-sabit çıxış etməsidir.

London klubu uzun müddətdir ingiltərəli futbolçunun oyununu bəyənir. “Nyukasl” isə onun satışına yalnız 80 milyon funt-sterlinq qarşılığında razılıq verə bilər.

23 yaşlı vinger cari mövsümdə İngiltərə Premyer Liqası çərçivəsində 26 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Chosen
43
sportinfo.az

1Sources