EN

Məşhur aktyor serialdan uzaqlaşdırıldı

"Delikanlı" serialının heyətində gözlənilməz dəyişiklik edilib.

"Ölkə.az" xəbər verir ki, aktyor Fırat Tanış izləyicilərin tələbi ilə yenicə müqavilə bağladığı ekran işindən uzaqlaşdırılıb. Bu barədə yayım şirkəti rəsmi sosial media hesabında açıqlama yayıb.

Belə ki, Fırat son günlər şiddət iddiaları ilə gündəmə gəlib. Altı ay əvvəl ayrıldığı pianoçu sevgilisi İklim Tamkan aktyor tərəfindən psixoloji şiddət gördüyünü, təhdid və təqib edildiyini açıqlayıb. Aktyor isə məsələyə münasibət bildirərək haqqında səsləndirilən fikirləri təkzib edib və məsələni hüquqi qaydada həll edəcəyini bildirib.

Chosen
12
3
olke.az

4Sources