EN

Ceyhun Bayramov Antalyada Portuqaliya XİN rəhbəri ilə görüşüb - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Portuqaliya ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf perspektivləri, siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlər, həmçinin Azərbaycanda yaxın zamanda açılması nəzərdə tutulan Portuqaliya səfirliyi vasitəsilə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, çoxtərəfli diplomatiya sahəsində ölkələrimizin təcrübəsinin mübadiləsinin əhəmiyyətini vurğulayıblar. BMT və Avropa İttifaqı çərçivəsində ölkələrimizin prioritetləri nəzərdən keçirilib, birgə səylərin vacibliyi diqqətə çatdırılıb.

Nazirlər post-münaqişə dövründə regional vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov ölkəmizin həyata keçirdiyi sülh gündəliyi və atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, Yaxın Şərqdə vəziyyət barədə fikir mübadiləsi aparıblar. Bölgədə sabitliyin bərpa edilməsinin vacibliyini vurğulayıb, danışıqların uğurla nəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.




***
11:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel ilə görüşüb.

APA xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Tərəflər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsini, iqtisadi, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Bundan əlavə, Portuqaliyanın Azərbaycanda səfirliyinin açılması vasitəsilə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları da nəzərdən keçirilib.

Ceyhun Ceyhun Ceyhun
Chosen
48
apa.az

1Sources