EN

Zelim Avropa çempionatında bürünc medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb.

Sportinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib.

Beləliklə, Tçkayev yarışı üçüncü pillədə başa vurub.

Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarışa aprelin 19-da yekun vurulacaq.

Chosen
27
sportinfo.az

1Sources