EN

"Neftçi" ölkə çempionatında bürünc medal qazandı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü yerin sahibi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə "Neftçi" və "Murov Az Terminal" üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində reallaşan qarşılaşma "Neftçi"nin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:17, 25:17, 25:13).

Saat 16:00-da final matçı baş tutacaq. "Xilasedici" və "Ordu" münasibətlərə aydınlıq gətirəcəklər.

Chosen
3
3
sportinfo.az

10Sources