EN

Tçuameni: “Məni günah keçisi etdilər”

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İspaniyanın “Real” futbol komandasının yarımmüdafiəçisi Orelen Tçuameni “Santyaqo Bernabeu” stadionunda azarkeşlərin onu fitə basmasına münasibət bildirib. Son oyunlardakı çıxışı tənqid olunan futbolçu üzərindəki təzyiqdən danışıb.

İdman.Biz “Cadena Ser” nəşrinə istinadla xəbər verir ki, Tçuameni bu vəziyyətin onu psixoloji cəhətdən daha da gücləndirdiyini deyib.

“Məni günah keçisi etdilər. Amma mən sadəcə oyunuma köklənməyə çalışıram. “Real”da təzyiq bir imtiyazdır”, - deyə futbolçu qeyd edib.

O, həmçinin Vinisius Juniora qarşı baş verən rasisizm hadisəsinə də toxunaraq, buna yol verməyəcəklərini vurğulayıb.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
37
icma.az

1Sources