EN

İndoneziyada güclü zəlzələ baş verdi

İndoneziyanın Sumatra adasında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Zəlzələnin episentri Şimali Sumatra əyalətində yerləşən Padangsidempuan şəhərindən 221 km cənub-qərbdə, ocağı isə 37 km dərinlikdə olub.
 
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
 
Chosen
6
1
moderator.az

2Sources