EN

"Real Sosyedad" İspaniya Kubokunun sahibi oldu - VİDEO

Futbol üzrə İspaniya Kubokunun qalibi məlum olub.

Bizim.Media xəbər verir ki, Sevilyada keçirilən final matçında "Atletiko Madrid"lə "Real Sosyedad" üz-üzə gəliblər.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda da hesab dəyişmədiyi üçün komandalar turnirin qalibini penaltilər seriyası ilə müəyyənləşdiriblər.

"Real Sosyedad" 11 metrlik zərbələrdə madridlilərdən üstün olub - 4:3.

Beləliklə, "Real Sosyedad" tarixində dördüncü dəfə İspaniya Kubokunu qazanıb.

Bizim.Media
 

Chosen
27
bizim.media

1Sources