EN

Messi dubl edərək karyerasının 905 ci qolunu vurdu VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şimali Amerika Futbol Liqasında (MLS) növbəti oyunlar keçirilib. “İnter Mayami” səfərdə “Kolorado Repidz”in qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, “İnter Mayami”nin heyətində ulduz futbolçu Lionel Messi dubl edərək qələbədə əsas pay sahibi olub. Komandanın digər qoluna isə Herman Berterame imza atıb. Meydan sahiblərinin qollarını Rafael Navarro və Darren Yapi vursalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu nəticə ilə ardıcıl iki heç-heçədən sonra qalib gələn “İnter Mayami” MLS-də məğlubiyyətsizlik seriyasını altı matça yüksəldib. “Kolorado Repidz” isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Messi bu oyunda karyerasının 905-ci qolunu vurub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
5
icma.az

6Sources