EN

Ölkədə müşahidə olunan faktiki hava açıqlandı

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib, lakin gecə və səhər bəzi qərb rayonlarında arabir yağıntılı olub.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətinin aprelin 19-u saat 11:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 7, Ordubad və Şahbuzda 3, Şərur və Daşkəsəndə 2, Gəncə, Naxçıvan, Culfa, Gədəbəy, Naftalan, Şəmkir, Zaqatala və Tovuzda 1 mm-dir.

Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Xızıda 17 m/s-dək güclənir.

Lerik, Sabirabad, Biləsuvar, Göygöl, Şəmkirdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Chosen
63
50
unikal.az

10Sources