EN

“Hamilə qaldı, mən də başından güllələdim” – İcra başçısı da TUTULDU - FOTOlar

Türkiyənin Tunceli şəhərində yoxa çıxan Munzur Universiteti tələbəsi Gülüstan Doku ilə bağlı aparılan araşdırmalar sarsıdıcı faktları üzə çıxarıb. Yeni tapılan dəlillər hadisənin sıradan bir itkin düşmə yox, qəsdən adam öldürmə, cəsədin gizlədilməsi və sübutların məhv edilməsi olduğunu sübut edir.

Milli.Az xəbər verir ki, Gülüstan Doku cinayəti üzrə davam edən təhqiqatda həbs edilənlərin sayısı artıq 9 nəfərə çatıb. Hazırda ABŞ-da gizlənən şübhəli Umut Altaşın qardaşı Sidar Altaşın vəkillə apardığı danışıqların video-yazısı rəsmi cinayət işinə daxil edilib. Həmin görüntülərdə S.A. o dövrün şəhər icra hakimiyyətinin başçısı Tuncay Sonelin oğlu Mustafa Türkay Sonelin cinayəti etiraf etdiyini bu sözlərlə bildirib:

"Nə bilirəmsə, kömək etməyə hazıram. Umutun dindirilməsindən öyrəndiyimə görə, Türkay deyib: chr("39")Qız hamilə qaldı, mən də onu başından güllələdimchr("39"). Bu chr("39")başından güllələdimchr("39") ifadəsi söhbət zamanı bir neçə dəfə təkrar olundu."

İstintaqın gedişatında o dövrün Tunceli icra başçısı Tuncay Sonelin yaxın mühafizəçisi Şükrü Eroğlu saxlanılaraq məhkəmə tərəfindən həbs edilib. Eyni zamanda, keçmiş icra başçısının oğlu Mustafa Türkay Sonel həbs tələbi ilə məhkəməyə sövq edilib. O dövrün dövlət xəstəxanasının baş həkimi Çağdaş Özdemirin isə dindirilməsi planlaşdırılır.

Qeyd edək ki, Gülüstanın keçmiş sevgilisi Zeynal Abakarov, onun ögey atası (keçmiş polis nəfəri) Engin Yücer və digər şəxslər artıq dəmir barmaqlıqlar arxasındadır.

Gülüstan Dokunun SİM kartındakı məlumatları silməkdə ittiham olunan və orqanlardan xaric edilən keçmiş polis nəfəri Gökhan Ertok etirafçı qismində ifadə verərək, hər şeyi icra başçısının göstərişi ilə etdiyini bildirib:

"İcra başçısı Tuncay Sonel və mühafizəçisi məni chr("39")mətbuat üzərimizə çox gəlirchr("39") deyərək aldatdılar və texniki bacarığımdan istifadə etdilər. SİM kartı mənə mühafizəçi verdi. Qanunsuz müdaxilə etdiyim üçün peşmanam," - deyə o qeyd edib.

Hadisə ilə bağlı qaçqınlıqda olan şübhəlilər üçün beynəlxalq axtarış (Qırmızı bülleten) prosedurları başladılıb. //nocomment.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
17
6
olaylar.az

7Sources