EN

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında eləcə də, bəzi bölgələrdəAprelin 19-20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı vənarıncı xəbərdarlıq verilib.

Trend xəbər verir ki, bununlabağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa,Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax,Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən,Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın,Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək,küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı,Lerik, Yardımlıda isə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərbküləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Chosen
16
49
az.trend.az

10Sources